Surə 15
Cavanlardan biri o birilərinə dedi: “Bizim bu xalqımız Allahdan başqa məbudlar qəbul etdi. Bəs nə üçün onlar buna aid (bütlərə dair) bir dəlil gətirmədilər? Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?! (Kəhf surəsi, 15)
Bu ayədə, Kəhf Əhlinin öz millətlərinə qarşı  etdikləri təbliğ fəaliyyətindən bəhs edilir. Onlar öz dövrlərindəki müşrik topluluqlara  Allahın dinini təbliğ etmiş, onlardan Allaha şirk qoşmaqdan imtina etmələrini  istəmişlər. Həmçinin müşrik topluluqlarını küfrünü əsaslandıracaqları bir dəlil  göstərməyə dəvət etmişlər, onlar bir dəlil gətirə bilmədiklərində də müşriklərin  yalançılıqlarını və iftiralarını açıqlamışlar. 
                  Eynilə Kəhf Əhlinin yaşadığı dövrdə olduğu kimi  əsrimizdə də müsəlmanlar Allahdan başqasını özünə tanrı edənlərdən dəlillər  istəyirlər. Axırzamanda maddəni və təsadüfləri ilah olaraq tanıdan bütpərəst  bir inanc mövcuddur; bu inanc darvinizmdir. 
                  Darvinizm, bütün kainatın özbaşına və təsadüflər  nəticəsində meydana gəldiyini iddia edən, təbiətdə yalnız güclü olanın həyatda  qalacağı şəkildə qarşıdurmaya və şiddətə əsaslanan bir sistem olduğunu müdafiə  edən din əleyhdarı bir iddiadır. Həqiqətdə Allahın sonsuz güc və qüdrəti ilə  yoxdan var etdiyi cansız və canlı varlıqları, özbaşına təsadüflərin meydana  gətirdiyini iddia edən darvinistlər bu iddiaları ilə Allaha qarşı çox böyük bir  böhtan atırlar. 
                  Üstəlik, bu böhtanlarını möhkəmləndirmək üçün  yalanlara və saxta dəlillərə əl atırlar. Darvinizmin tarixi, Piltdoun adamı,  Nebraska adamı, rekapitulyasiya nəzəriyyəsi, saxta dino-quş  "Arkeoraptor" kimi hər cür saxtakarlıqlarla doludur. Saxta dəlillər  çıxaran, xəyali rəsmlər və ssenarilərlə insanlara keçmişdə təkamül prosesi baş vermiş  kimi göstərməyə çalışan, elmi məlumatları heç tərəddüd etmədən təhrif edən,  müxtəlif təlqin metodları istifadə edən darvinizm, çox böyük bir hiyləgərlik və  göz boyamadan ibarətdir. (Ətraflı məlumat üçün baxın. Darvinizmin Qaranlıq cadusu,  Harun Yəhya) 
              Məhz Axırzamanda müsəlmanların qarşısındakı ən  böyük din düşməni fikir sistemlərindən biri darvinizmdir. Müsəlmanlar da, eynilə  Kəhf Əhli kimi, Allahın varlığını rədd edib, təsadüfləri ilah edən darvinist  iddialarını sübut edəcək dəlillər istəyirlər. Ancaq darvinistlər bunun  qarşılığında yenə yalana və müxtəlif saxtakarlıqlara müraciət edir, demaqoq  üsullar istifadə edərək qəti bir dəlil ortaya qoymaqdan çəkinirlər. Çünki  darvinistlərin də, bütün inkarçı birliklər kimi əllərində, iddialarını  dəstəkləyəcək heç bir dəlilləri yoxdur. (Ətraflı məlumat üçün baxın. Təkamül  yalanı, Harun Yahya, Vural Nəşriyyat) 
Hər şeyin təsadüflərin əsəri olduğunu iddia edən darvinizm, bu istiqamətiylə Allaha qarşı açıq şəkildə böhtan atır. Allah, Kəhf surəsinin 15-ci ayəsində bəhs edilən "Elə isə Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?" şəklindəki ifadəylə darvinistlərin bu zalımlıqlarına da işarə edir.


